J.Jabbarli str. 44, Caspian Plaza
Mon - Sat: 8:00 am to 7:00 pm

Reklam nədir?

Home - blog - Reklam nədir?

Categories

Latest Posts

Reklam nədir?

Reklam latın sözü olub adamları hər hansı bir məhsulu almağına, xidmətdən istifadə etməyinə və ya hər hansı bir siyasi namizədi və ya onun ideyasını dəstəkləməsinə təsir etməkdə istifadə olunan məlumatlandırma vasitəsidir.

Yaxşı reklam necə olmalıdır?:
1. Maraqlı
2. Təəccübləndirici
3. Xüsusi
4. İnandırıcı və satışa artıra biləcək

Reklamın əsas qanunu və əlifbası

AİDA- Attention (Diqqət), Interest (Maraq), Desire (Arzu), Action (Hərəkət). Məqsəd: reklamın effektivliyidir. Reklam cəmiyyətin diqqətini cəlb etsin, cəmiyyəti maraqlandırsın, arzulanan olsun, buna qarşı müəyyən tədbir görülsün.

5M isə reklam üçün əhəmiyyətli beş faktorun ingiliscə adlarının baş hərfləridir. Bu sözlər:
1. Money (Pul): Reklam üçün xərcləməyi düşündüyümüz pul
2. Message (Mesaj): Reklamda verəcəyimiz mesaj
3. Mission (Missiya): Niyə reklam edirik? (Yeni məhsul təqdimatı, bazara nüfüz etmə və .)
4. Measurement (Ölçü): Reklam fəaliyyətinin ölçüsü
5. Media (Media): Media istifadəsi (TV, radio, qəzet, jurnal,…)

Reklamda məhdudiyyətlər

Radio və Televiziyada Reklam Haqqında Qanunda qeyd olunub ki,
35.4. Ayrıca verilişlərdə bir reklam blokunun sonu ilə o biri reklam blokunun əvvəli arasındakı zaman kəsiyi 15 dəqiqədən az olmamalıdır.
35.5. Bədii və televiziya filmləri 45 dəqiqədən çox davam edərsə, yalnız 45 dəqiqədən sonra reklamla kəsilə bilər. Filmlər bir və ya bir neçə 45 dəqiqədən azı 20 dəqiqə çox çəkərsə daha bir reklam fasiləsinə icazə verilir.
35.6. Xəbər proqramları, dini və uşaqlar üçün verilişlər, həmçinin 30 dəqiqədən az çəkən seriallar, əyləncəli proqramlar, aktual siyasi verilişlər, sənədli filmlər reklamla kəsilə bilməz. Əgər bu proqram və verilişlər 30 dəqiqədən çox çəkərsə, bu Qanunun 35.4-cü, bir və ya bir neçə 45 dəqiqədən ən azı 20 dəqiqə çox çəkərsə, bu Qanunun 35.5-ci maddələrinin tələbləri onlara da şamil edilir.
35.7. Reklamın və teleticarətin ümumi həcmi bir saatda 12 dəqiqədən çox ola bilməz.
35.8. Yayım zamanı teleticarət üçün ayrılmış blokun fasiləsiz həcmi bir saatda 10 dəqiqədən, gün ərzində belə blokların sayı isə 6-dan çox ola bilməz.

Reklamın növləri

1. Küçə reklamları (OOH reklamlar)

-Transparantlar — avtomobil yolu üstündə yerləşdirilən və üzərində reklam informasiyası olan 15×1,1 (bəzən 15x1m, 14x1m, 12x1m, 10x1m) ölçülü parça.Reklam transparantları kətan, ipək və və ya vinildən hazırlanır.
-Prizmalar və ya prizmatron, prizmavijn (ing. prismavision) — bir aparıcı çərçivənin daxilində alüminium prizmaları (lamelləri) birləşdirən (adətən 56 ədəd sayında) reklam qurğusu. Bilbordun müəyyən mənada təkmilləşdirilmiş forması olan pirzmaların reklam sahəsi adətən 3 x 6 m və ya 3 x 12 ölçüdə olur.
-Skroller — daxili işıqlandırılması olan reklam lövhəsi. Onun üzərində 2-dən 8-ə qədər reklam təsviri bir neçə dəqiqə ərzində avtomatik rejimdə bir-birini əvəz edir. Bir-birinin ardınca dəyişən kadrlar insanların diqqətini cəlb edir və beləliklə, reklam effektivliyini maksimal dərəcəyə çatdırır. Hər hansı bir təsvirin displeydə görünməsi vaxtını skroller sahibi özü təyin edir.
-Bilbordlar (ing. billboard) — iriölçülü reklam elanlarının yerləşdirilməsi üçün nəzərdə tutulan müstəqil konstruksiya.İkinci adı biqboard (bigboard)
-Damüstü reklam qurğuları
-aytbokslar (lighbox)
-divara bərkidilən xüsusi metal konstruksiyalar və s.

 

2.Metro reklamı

-vaqonların üstündə reklam
-eskalatorda və metro salonunda reklam
-vaqonların içində divara vurulan reklam
-vaqonlarda televizorlarda səsləndirilən reklam

3. TV-reklam

-sponsorluq
-TV-roliklər
-balaca TV bantları (ekranın 1/4 hissəsini tutur)

4. Radio reklam

veriişlərin arasında kəsilən müəyyən fasilələrlə yayımlanan reklam

5. İnternet -reklam

  1. Banner Reklamları
    2. Pay Per click reklamları
    3. e-Mail Reklamları (toplu mail reklam)
    4. Pop-up Reklamları (İnnersitial — Supersitial).
    5. Affilliate ( Satış Ortaqlığı )
    6. Kontent sponsorluğu

6. Mətbuatda reklam

-Qəzetlərdə və jurnallarda reklam şəkillərinin yerləşdirilməsi
-informativ məqalələr
-nəşrlərin arasında reklam nümunələrinin qoyulması (sampling-semplinq)

Yaxşı reklam mesajı hazırlamaq üçün nələri bilməliyik?

  1. Biz hamımız surprizləri xoşlayırıq.
    Siz adi bir ismarıcı qeyri-adi şəkildə ifadə edə bilərsiniz? Komediya deyil, ancaq fərqli. Bu yolla yaradılan reklamlar bizim sabahısı gün işdə müzakirə etdiyimiz reklamlardır.
    2. Sadə saxlayın.
    Dizaynın ismarıca üstün gəlməyinə izn verməyin. İdeya ismarıcın ən mühim hissəsidir.
    3. Məni də daxil et.
    Məni şok et, dəli et, ağlat, ancaq sıxıcı və soyuq olma.
    4. Məni maraqlandır.
    Məgər reklamın əsas məqsədi məni daha çox məlumat istəməyə sövq etmək deyilmi? Mənim diqqətimi cəlb et və özündə saxla.
    5. Yaxşı reklam cavablara malik olur.
    Onlar tələb edirlər ki, siz reklama cavab verəsiniz. Onlar cavabsız sual kimidir, həll edilməlidir.
    6. Öz nəticənizi əldə edin.
    Ən güclü nəticə bizim özümüzün əldə etdiyimiz nəticələr deyilmi? Nəticə əldə etməmizə səbəb olan reklam doğurdan da güclü reklamdır.
    7.Hekayəni danışan başlıq və təsvirdir.
    Başlıq şəkildə nə olduğunu yox, sizin görmədiyinizi göstərməlidir. Başlıq və təsvir bir yerdə hekayəni yaradır.
    8. Onlar heç vaxt boş sözlər danışmırlar.
    Boş sözlər yox, yalnız faktlar
    9. Onlar həmişə yaxşı icra edilmiş olurlar
    Onların ismarıca üstün gəlməyən yaxşı dizaynı, kəskin şəkilləri olur.
    10. Onlar satırlar.
    Bir reklam çox gözəl görünsə də, bir şey satmaya bilər. Reklamda nə dediyiniz onu necə dediyiniz kimi vacibdir. Mükafat dalınca mükafat qazanan, ancaq satışı artırmayan bir reklamın nə mənası var?
    MƏNBƏ: Tom Egelhoff tərəfindən

Reklamın formaları

İctimai fəaliyyət reklamı (sosial reklam) — QİÇS,siyasi ideologiya,enerjiyə qənaət,meşələrin yox olması kimi qeyri-ticari mövzularda məlumatlandırmaqda, öyrətməkdə, motivə etməkdə istifadə oluna bilər.
İnfomercials (Reklam çarxları)-Reklam çarxı əsasən 5 dəqiqə və daha uzun müddətli uzun televiziya reklamı formatıdır. “İnformercial” «information» və «commercial»sözlərinin birləşməsindən yaranan bir termindir.Reklam çarxlarının əsas məqsədi istehlakçılarda ani alma istəyi,alış impulsu yaratmaqdır: beləliklə alıcı təqdimatı görür və dərhal göstərilən ödənişsiz telefon nömrələri və ya websayt vasitəsilə məhsulu alır.İnfomercial adətən məhsulları və ya onların xüsusiyyətlərini təsvir edir, göstərir və ya nümayiş etdirir və ümumi olaraq istehlakçı və ya mütəxəssislərdən şəhadət gətirir.
Gizli reklam-Omega Watches, Ford, VAIO, BMW və Aston Martin kimi avtomobillər James Bond filmlərində tez-tez göstərilir. Əslində bunun özü də gizli reklamdır.

Yekun: Reklam «insanları könüllü olaraq müəyyən bir davranışda olmağa razı salmaq, müəyyən bir düşüncəyə yönəltmək, diqqətlərini bir məhsula xidmətə, fikir və quruluşa çəkməyə çalışmaq, onunla əlaqədar məlumat vermək, ona bağlı görüş və tutumlarını dəyişdirmələrini və ya müəyyən bir fikiri ya da tutumu mənimsəmələrini təmin etmək məqsədiylə yaradılan, ünsiyyət vasitələrindən yer ya da müddət satın almaq yoluyla sərgilənən və ya başqa formalarda çoxaldılıb paylanan və bir ödəniş qarşılığı yaradıldığı müəyyən olan (digər bir deyimlə pul dəstək təmin edən adam ya da quruluşların şəxsiyyəti açıq olan) elandır.

Share

Leave A Comment